Tramp illik əməkhaqqını eyni məqsədə xərcləyəcək
ABŞ prezidenti Donald Tramp illik əmək haqqının hamısını xeyriyyəçiliyə sərf edəcək. Bunu Ağ Evin nümayəndəsi Şon Spayser deyib. İstipress-in BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ liderinin əmək haqqı ildə 400 min dollar təşkil edir.
Qeyd edək ki, Donald Tramp öz seçki kompaniyası zamanı maaş almağı planlaşdırmadığını söyləmişdi.
“Forbes” jurnalının reytinqinə görə, 2016-ci ildə Trampın sərvəti 3,7 milyard dollar qiymətləndirilib.
ABŞ-ın əvvəlki prezidentlərinin arasında öz maaşlarını xeyriyyəçiliyə verənlər isə yalnız Herbert Quver və Con Kennedi olub.
