Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş Hollandiya məsələsinin dərin bir böhran olduğunu bildirib. O, qarşı tərəfdən üzr gələnədək Türkiyənin 4 tədbir aldığını elan edib.
Turkustan.info xəbər verir ki, Kurtulmuş 4 tədbiri açıqlayıb: “Hollandiya səfirinin Türkiyəyə dönməsinin yasaqlanması, əvvəlcədən planlaşdırılmış rəsmi tədbir və görüşlərin təxirə salınması, diplomatik olan uçuşlara verilen iznlərin qaldırılması və hava sahəsindən istifadəyə izn verilməməsi, TBMM ilə Hollandiya parlamenti arasındakı dostluq qrupunun Türkiyə tərəfindən ləğv edilməsi”.
