Ərdoğan Merkeli terrorçuluğa dəstəkdə günahlandırıb
Hollandiya və Almaniyanın Türkiyəyə qarşı münasibəti nasizim və faşizimdən başqa bir şey deyil. İstiPress RiaNovosti-yə istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan çıxış edib.
“Bunların Vyana razılaşması deyə bir dərdi yoxdur. Ayaqlar altındadır. Vyana razılaşması dedikləri faşist siyasətidir. Neonasizm də deyə bilərik. Yeni nasist axını da adlandırmaq olar. Almaniya ən amansız şəkildə terrorçulara dəstək verir. Biz Almaniyaya PKK və FETÖ terrorçularının 4 500 dosyesini göndərmişik, lakin onların hamısı cavabsız qalıb”.
Qeyd edək ki, bundan öncə də dövlət başçısı Hollandiyanı faşist siyasəti yürütməkdə ittiham edib. Hollandiya Baş naziri Mark Rutte buna cavab olaraq, Ərdoğanın sərhədi aşdığını vurğulayıb.
