“Bakıdakı yeni tikinti layihələri tender vasitəsilə müəyyən olunacaq. Hazırda tədbirlər planı üzərində işləyirik”.
Bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.
O bildirib ki, Bakıdakı 1-ci mikrorayonda “Xruşovka” tipli binaların söküntü işlərinə bu il ərzində başlanacaq: “Hələlik layihə təqdim olunmayıb. Layihələr tender vasitəsilə müəyyən olunacaq. İşlərin 3 il ərzində yekunlaşdırılması planlaşdırılır”.
Elxan Əsədov bildirib ki, Fövqəladə Hallar Nazirliyi və yaradılacaq işçi qrupu tərəfindən bir sıra güzəştlər veriləcək.
O həmçinin qeyd edib ki, vətəndaşlara kirayə üçün veriləcək kompensasiya məbləği mənzilin sahəsinə uyğunlaşdırılacaq:
“Vətəndaşlar evlərə köçürülərkən istədiyi mərtəbədə mənzillə təmin olunacaq”.
1-ci mikrorayonunun ərazisində 34 bina söküləcək. Həmin ərazidən 1729 ailə köçürüləcək. (modern.az)
