VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
15.03.2017 16:13 · gunaynovruz

Bu ay erməni qanı su yerinə axacaq: “SİLAHLAR İŞƏ DÜŞÜB”

Erməni KİV-ləri həyəcan təbili çalır: "Ölkədə silahlar işə düşüb." Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təbliğat kampaniyası başlayan kimi  silahlar işə düşüb. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, son iki gündə seçki…

Erməni KİV-ləri həyəcan təbili çalır: “Ölkədə silahlar işə düşüb.”

Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təbliğat kampaniyası başlayan kimi  silahlar işə düşüb.

Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, son iki gündə seçki kampaniyası zamanı silahlı insidentlər qeydə alınıb. Bu hələ KİV-ə sızan məlumatlardır.

Erməni KİV: “Aprelin 2-nə qədər İrəvanda silahlar işə salınacaq”

Ermənistanın Armavir vilayətində Crarat kənd icma rəhbəri Samvel Qalstyan həmkəndlisi Akop Melkonyanı avtomatla güllələyib, onun dayısını isə bıçaqlayıb.

Polisin “newsarmenia” saytına verdiyi məlumata görə, silahlı insident zamanı 3 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Prezident Serj Sarkisyanın aprel seçkilərində güclü rəqibi hesab edilən “Ohanyan-Raffi-Oskanyan” bloku bəyan edib ki, Crarat kəndindəki atışmanı hakim Respublika partiyasının yerli nümayəndəsi həyata keçirib. Blokun mətbuat katibi Areqnaz Manukyan bildirib ki, Sarkisyanın partiya nümayəndələri “Ohanyan-Raffi-Oskanyan” blokuna qarşı silahları işə salıblar.

“Newsarmenia” yazır ki, silahlı insidentdə Armavir vilayəti polis müdirinin müavini Levon Eranosyanın qardaşı Lernik Eranosyan da ağır güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilsə də, vəziyyəti barədə məlumat verilmir.  Baş vermiş hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsi cinayət işi açıb.

Seyran Ohanyan

Erməni KİV-lərinin yazdığına görə, aprelin 2-nə qədər ölkədə vəziyyət daha da kəskinləşə bilər. Sarkisyan rejimi silahlardan geniş istifadə etməyə başlayıb, qorxu yaymağa çalışır. Bunun nəticəsində bölgə sakinləri İrəvana axın edərək böyük etirazlara başlayacaq. Bu dəfə isə silahlar işə düşəcək.

Xatırladaq ki, bundan əvvəl də “Ohanyan-Raffi-Oskanyan” blokunun seçicilərlə görüşü zamanı Ermənistanın polis rəisinin qohumu, hakim Respublika partiyasının üzvü Samvel Qalstayn keçmiş müdafiə naziri Seyran Ohanyanın tərəfdarlarını hədələməyə başlayıb və onun tərəfdarlarından biri tapançanı çıxararaq Ohanyanın adamlarına tərəf atəş açıb. Buna cavab olaraq Ohanyanın adamları da havaya atəş açıblar və Qalstyanı zərərsizləşdiriblər. Dava düşüb və hər iki tərəfdən xəsarət alanlar olub.