VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
15.03.2017 10:20 · gunaynovruz

İlk dəfə olaraq “CinemaPlus”da Azərbaycan istehsalı olan mistik trillerin nümayişi olacaq – VİDEO

İlk dəfə “CinemaPlus” kinoteatrlar şəbəkəsində Azərbaycan istehsalı olan “Xənnas” adlı mistik trillerin nümayişi olacaq. Filmin ideya müəllifi və rejissoru Elvin Abdullayevdir. Baş prodüser və quruluşçu rejissor missiyasını Elvin Abdullayev öz üzərinə götürüb. Gənc…

İlk dəfə “CinemaPlus” kinoteatrlar şəbəkəsində Azərbaycan istehsalı olan “Xənnas” adlı mistik trillerin nümayişi olacaq. Filmin ideya müəllifi və rejissoru Elvin Abdullayevdir. Baş prodüser və quruluşçu rejissor missiyasını Elvin Abdullayev öz üzərinə götürüb. Gənc rejissor milli kinomuzda ilkə imza atmaq üzrədir.

Turkustan.info xəbər verir ki, baş rollarda Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Hikmət Rəhimov, Zarina Qurbanova və Zemfira Əbdülsəmədova çəkilib.

Film haqqında qısa məzmun: Uzun müddətdir eyni yuxunu görən İlkin, öz dostları və həyat yoldaşı ilə ad günündən qayıdarkən ailəsinə məxsus olan evə baş çəkmək qərarına gəlir. Sovet vaxtlarından bunker kimi istifadə olunan və ilk baxışdan atılmış bir ev təəssüratı yaradan məkan get-gedə çağırılmayan qonaqları öz qaranlıq tarixinə aparır. İllər öncə babasının etdiyi günahlara görə evin lənətli olduğunu bilən İlkin, onu bura xənnasın gətirdiyini anlayır. Onun bir çıxış yolu var…

Qeyd edək ki, film may ayında tamaşaçılara təqdim olunacaq.    Oxu.Az