Azadlıq prospektində yolun çökən hissəsi təmir olundu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Martın 13-də paytaxtın Azadlıq prospektində yolun çökən hissəsi təmir olunub.

Bu barədə  açıqlamasında “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qurum rəsmisi bildirib ki, çökmə yolun altından keçən kanalizasiya xəttində sızma nəticəsində baş verib: “Kanalizasiya xəttində sızma olub, yolun alt qatını yuyub və təxminən 3-4 kvadratmetrlik ərazidə çökmə yaranıb. Hadisə ilə bağlı dərhal ərazidə təhlükəsizlik tədbirləri görülüb, aidiyyəti qurumlara məlumat verilib. Aidiyyəti qurumlar tərəfindən kanalizasiya xəttinin sızma baş verən hissəsi təmir olunub. “Azəravtoyol” ASC tərəfindən isə yolun həmin hissəsi təmir olunub”.

Vətənim Media Shorts

YouTube-da aç ↗