Fikrət Qoca oğluna vida şeiri yazdı: “Bəlkə yaxşı ata ola bilmədim…”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Fikrət Qoca dünyasını dəyişən oğlu Yalçın Qocaya yeni şeir yazdı.

 

Oğluma sonuncu layla

 

Mən səni qorudum uşaqlığından,
Mən səni qorudum cavanlığından,
Qorudum səni mən baba olunca
Demirəm izlədim, gəzdim dalınca…
Bu sözü atalar deyib əzəldən:
” Ac qarın özünü verər qılınca”.
Bəlkə yaxşı ata ola bilmədim
Səni öz əlindən ala bilmədim.
Sən öldün, amma mən ölə bilmədim.
İndi yaşayıram qalan vaxtımı.
Yaşamaq…Yəni bu yaşamaqdımı?…
15.03.2017

Vətənim Media Shorts

YouTube-da aç ↗