12:23
Tanınmış gənc yazar, ədəbiyyat cameəsində Mövlud Mövlud imzası ilə tanın Mövlud Abdullayev bu gecə intihar edib. Bu xəbər onu tanıyanları az qala şoka salıb.
Milli.Az bildirir ki, yazarın həyat yoldaşı, jurnalist Sevinc Fədai modern.az-a açıqlamasında sarsıntı içərisində “məndən heç nə soruşmayın. Heç nə deyə bilmirəm” söyləyib.
———-
11:13
Yazıçı Mövlud Mövlud intihar edərkən həyat yoldaşı evdə olmayıb.
Bu barədə ölkə.az-a onun həyat yoldaşı Sevinc Fədai məlumat verib.
Qeyd edək ki, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzildə kirayə yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu özünü eyvandan yerə atıb.
M.Abdullayev hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, intihar edən Abdullayev Mövlud gənc yazar Mövlud Mövluddur.
