Türkiyə NATO-dan imtina edir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

NATO rəsmiləri deyib ki, Türkiyə, Şimali Atlantika Alyansının əksəriyyəti hərbi təhsillə bağlı olan 2017-ci il  layihələrindən bəzilərinin qarşısını alıb və bu yalnız Avstriyaya deyil, eyni zamanda ittifaqa üzvü olmayan, ancaq “ortaq” sayılan digər ölkələrə də təsir edib.

İstiPress-in “Sputnik Türkiyə”yə istinadən verdiyi xəbərə görə, NATO-nun bu xəbərdarlığından sonra, Türkiyənin Alyansdakı nümayəndəsindən məsələyə dair açıqlama gəlib. Türkiyənin NATO-dakı sözçüsü Fatma Paşaoğlu: “Avstriya ilə bəzi gərginliklər yaşandı, ancaq bunun nəticəsi olaraq ortaya çıxan qadağalar yalnız Avstriyaya aiddir. Digər tərəfdaş ölkələr heç bir şəkildə hədəf alınmamışdır” – deyib.

Türkiyədə bəzi siyasətçilərə qarşı aparılan həbslər səbəbindən Avstriya, bu ölkənin Avropa Birliyi ilə apardığı tam üzvlük prosesinin dayandırılmasını istəmişdi.

Vətənim Media Shorts

YouTube-da aç ↗