Suriyada İsrail qırıcıları vuruldu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Qırıcılar hücuma görə vurulub

Suriya ordusu bu gün səhər saatlarında İsrailə məxsus dörd qırıcının Suriyanın hava məkanını pozduğunu bildirib. Turkustan.info-nun “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, qırıcılardan ikisi vurulub.

Suriya hərbi rəsmiləri, vurulmadan öncə təyyarələrin Livandan keçərək Palmiradakı hərbi bazaya hücum etdiyini bildirib.

Öz növbəsində İsrail təyyarələrin vurulması faktını təkzib edib. Məlumata görə, qırıcılar Suriyada zərbələr endirdikdən sonra İsrailə geri qayıdıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗