Xərçəng xəstəliyinin dərmanı tapıldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Antarktidada yerləşən “Akademik Verdanskiy” stansiyasında işləyən Ukrayna alimləri xərçəng əleyhinə dərmanın yaradılmasına nail olublar.

Turkustan.info-nun Trend-ə istinadən verdiyi məlumata əsasən, bu haqda Ukraynanın Milli Antarktida Mərkəzinin direktoru Valeriy Litvinov deyib.

Onun sözlərinə görə, dərman ekstremal şəraitdə yaşayan və ekstremal imkanlara malik olan Antarktik mikroorqanizmlər əsasında yaradılıb.

Qeyd olunur ki, “Melovit” adlandırılan dərmanın lisenziyasını biologiya institutu artıq alıb. Lakin, dərman klinik sınaqlardan sonra geniş kütlənin istifadəsinə veriləcək.

Vətənim Media Shorts

YouTube-da aç ↗