Gürcüstan nəqliyyatın Ermənistan istiqamətində hərəkətinə qadağa qoydu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Qadağanın nə vaxt aradan qaldırılacağı bəlli deyil

Gürcüstanda meteoroloji şəraitin pisləşməsi səbəbindən nəqliyyat vasitələrinin Ermənistan istiqamətində hərəkətinə qadağa qoyulub. İstiPress-in  “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bundan əvvəl analoji səbəbdən Rusiya istiqamətində Hərbi Gürcüstan yolu ilə nəqliyyatın hərəkətinə qadağa qoyulmuşdu.

Qarın intensiv yağması səbəbindən  nəqliyyat vasitələrinin Nardevani – Paravani yolunun 94-110 km hissəsində bütün növ nəqliyyat vasitələrinin, Rodionovka-Ninotsminda yolunun 110-146 km hissəsində isə iritonnajlı yük maşınlarının və oturacaqların sayının 30-dan çox olan avtobusların hərəkətinə qadağa qoyulub. Qadağaların aradan qalxması mövcud meteoroloji vəziyyətdən asılı olacaq.

Vətənim Media Shorts

YouTube-da aç ↗