“NATO-nun addımları silahlanma yarışını sürətləndirəcək”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

NATO-nun Rusiya sərhədində hərbi varlığını artırması, silahlanma yarışını sürətləndirə bilər.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko deyib.

“NATO-nun sərhədlərimiz yaxınlığında keçirdiyi hərbi təlimlər bir həqiqəti ortaya çıxarır. Keçmişdən də məlumdur ki, Soyuq Müharibə dövründə də davam edən belə hərbi manevrlər silahlanma yarışına gətirib çıxarır”, – Qruşko əlavə edib.

Qeyd edək ki, NATO Baltikyanı ölkələrdə hərbi varlığını artırmaqda davam edir.

Vətənim Media Shorts

YouTube-da aç ↗