“Türkiyə və Rusiya münasibətlərini normallaşdıra biliblər”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyə və Rusiya münasibətlərini normallaşdıra biliblər.

Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

 “Türkiyə və Rusiya münasibətlərinə yeni nəfəs gətirib, normallaşdıra biliblər”, deyə nazir bildirib.

Bununla belə M.Çavuşoğlu vurğulayıb ki, rəsmi Ankara Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə-ABŞ münasibətlərinə toxunan nazir deyib ki, ölkəsi  ABŞ-ın yeni adminstrasiyası ilə məhsuldar əməkdaşlıq qurmaq niyyətindədir.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Vaşinqtonda İŞİD-lə mübarizəyə həsr edilmiş toplantıda iştirak edir.

Vətənim Media Shorts

YouTube-da aç ↗