Ukrayna höküməti Rusiyanı Avroviziya yarışmasında təmsil edəcək iştirakçını ölkəyə buraxmayacağını açıqlayıb.
Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, Ukraynanın Təhlükəsizlik Xidmətinin başçısı Vasyl Hrycak Krım ziyarətində açıqlayıb ki, müsabiqədə Rusiyanı təmsil edəcək iştirakçı ölkəyə buraxılmayacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov isə əvəzində bildirib ki, yarışmanın qanunları arasında elə bir maddə yoxdur: “Bizim seçdiyimiz bir namizədimiz var. İştirakçı olaraq seçdiyimiz Yuliya Samoilovanın ölkəmizi təmsil edə biləcəyini düşünürük. Həmçinin, Avroviziya qanunlarında belə bir şey yoxdur”.
Qeyd edək ki, yaşanan siyasi gərilimə görə, Ukrayna Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edib.
