ABŞ-ın Kaliforniya Universitetindən bir qrup elm adamının apardığı geniş araşdırma Amazon meşələrində ovçuluq və əkinçiliklə məşğul olaraq keçinən Çimanelərin dünyanın ən sağlam ürəklərinə sahib insanlar olduğunu ortaya çıxarıb.
Böyük yaşlarda belə Çimanelerin ürək damarları tıxanmır. Mütəxəssislər qeyri-adi toplum olan Çimanelərin bəslənmə tərzindən öyrənilməli çox şeylərin olduğu qənaətinə gəliblər.
Sayıları 16 min civarında olan Çimanelər, Amazonun yağmurlu meşələrində Maniqui çayının sahillərində ovçuluq, balıqçılıq və əkinçiliklə məşğuldurlar. Min illər əvvəlki insanlar kimi yaşayırlar.
Araşdırmalar bu faktları ortaya çıxarıb:
– Çimanelərin qidalanmasında ov əti təxminən 17 faiz təşkil edir.
– Pirana və yayınbalığı daxil şirin sularda yaşayan balıqların qida rasionunda yeri 7 faizdir.
– Çimanelər, ailə təsərüfatlarında düyü, qarğıdalı, şirin pomidor və banan yetişdirirlər.
– Çok az miqdarda ərinmiş yağ istitifadə edən Çimanelər, kalorinin 14 faizini yağlardan alırlar. Bu rəqəm ABŞ-da 34 faizdir.
– Proteindən əldə edilən kalori faizi yüzdə 14-dür. Çimanelər daha çox yağsız ət yeyirlər.
– 60 yaşın üstündəkilər də daxil olmaqla, ortalama bir Çimane kişisi 17 min, qadınlar isə 16 min addım yürüyürlər. Halbuki, modern toplumlarda gündə 10 min addım yürümək ağır hədəf olaraq görülür.
Araşdırma çərçivəsində 705 adamın tomoqrofiyası çekilib, damar tıxanmasının və ürək infarktı riskinin əlaməti olaraq görülən koronar arteriya kalsiumu (ürək kalsiyumu) ölçülüb. Haradasa 45 yaşdan aşağı heç bir Çimanedə damar tıxıanması tapılmayıb. (ABŞ-da bu yaş qrupundakıların 80 faizində damar tutulmasına rast gəlinir).
Araşdırmada həmçinin, 75 yaşındakıların da 2/3-də ürək kalsiumu çıxmayıb.






Moderator.az
