ABŞ və İran hərbi donanmaları üz-üzə gəldi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Hərbi qüvvələr arasında gərginlik yaşanıb

Hörmüz boğazında ABŞ-İran gərginliyi yaşanıb. Turkustan.info-nun Milliyet-ə istinadla xəbər verir ki, İran donanmasına məxsus gəmilər, Hörmüz boğazından keçən ABŞ döyüş gəmisinin qarşısını kəsib. Bundan sonra ABŞ döyüş gəmisindən hərbi helikopterlər havaya qalxıb.

Yaşanan gərginliklə əlaqədar ABŞ-dan İrana xəbərdarlıq edilib. ABŞ donanmasının rəhbərliyi İranı gəmilərinin bu addımını “təcavüz” kimi dəyərləndirib.   İstiPress

Vətənim Media Shorts

YouTube-da aç ↗