Dövlət Departamenti KXDR-nı təxribatdan uzaq durmağa çağırıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ABŞ-ın Dövlət Departamenti Koreya Xalq Demokratik Respublikasını (KXDR) təxribatdan uzaq durmağa çağırıb.

Bunu Dövlət Departamenti Şimali Koreyanın növbəti dəfə ballistik raket buraxdığından sonra bəyan edib.

“Bu KXDR tərəfindən daha bir təxribat addımıdır. Əlbəttə, biz bunu ən ciddi şəkildə pisləyirik”, – Dövlət Departamentinin rəsmi nümayəndəsinin səlahiyyətlərini icra edən Mark Toner deyib.

Qeyd edək ki, ABŞ çərşənbə günü KXDR tərəfindən uğursuz ballistik raket buraxılışını qeydə alıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗