Almaniya Baş naziri Angela Merkel müsahibəsində Türkiyənin Avropa Birliyinə üzvlük müzakirələri zamanı verilən bir sualı da cavablayıb.
Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, Almaniya Baş naziri Türkiyənin AB-nə üzvlük müddətilə bağlı suala ” Türkiyədəki referendumu və digər şeyləri gözləməliyik” deyə cavabını verib.
Qeyd edək ki, bir neçə gün öncə Almaniya xarici işlər naziri Sigmar Gabriel isə açıqlamasında Türkiyə ilə üzvlük məlumat müzakirələrinin dayandırılması istiqamətindəki çağırışları tənqid etmişdi. O, Türkiyə ilə dialoqun davam etməsi lazım olduğunu söyləmişdi.
