“Moskva Qarabağda münaqişəni qızışdırır, Ermənistanı…” – Vaşinqtondan SƏRT BƏYANAT

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ABŞ Silahlı Qüvvələrinin Avropadakı qoşunlarının komandanı, ordu generalı Kurtis Skaparotti Senatdakı dinləmələrdə Rusiyanı Dağlıq Qarabağda sabitliyi pozmaqda ittiham edib.

Bu barədə məlumat ABŞ-ın Avropa Komandanlığının saytında yayımlanıb.

Amerikalı general qeyd edib ki, Rusiya dünyadakı sabitliyi pozur, xüsusilə Dağlıq Qarabağda.

“Rusiya post-sovet məkanında münaqişələrin nizamlanmasına mane olur. Moskva Ermənistanı və Azərbaycanı silahlandıraraq, Qarabağ münaqişəsində qızışdırıcı rol oynayır. Rusiya ATƏT-in həmsədr ölkəsi olaraq Qarabağ münaqişəsinin həllinə yardım etməlidir, lakin Moskva Ermənistan ərazisində hələ də hərbi bazasını saxlamağda davam edir”, – deyə general bildirib.

Amerikalı general Rusiyanın Balkanların NATO-ya inteqrasiyasının qarşısını almaq üçün 2016-cı ildə Bosniya-Herseqovina və Çernoqoriyadakı siyasi proseslərə açıq şəkildə qarışdığını vurğulayıb.

O, Moskvanın Ukrayna və Gürcüstanı təhdid altında saxıladığını da diqqətə çatdırıb. (publika.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗