Dünyanın ən məşhur tablolarından biri olan “Ağlayan uşaq” haqqında ilginc iddialar var. Tablo bir neçə il əvvəl Çilinin paytaxtı Santyaqoda keçirilən “Cadugərlər bayramı”nın afişası kimi istifadə olunduqdan sonra mediumlar ayağa qalxdılar.
Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, Çili Mediumlar İttifaqı “Ağlayan uşaq” rəsminin son 30 ildə dünyaya lənət yağdırdığını və 80 nəfərə uğursuzluq gətirdiyini bildirərək, onun yayılmasının qadağan olunmasını tələb edib. Mediumlar tablonun insanlara “yaralanma”, “boşanma”, “ayrılıq”, “ölüm” kimi pis şanssızlıqların gətirdiyini deyirlər. Ölkənin ən çox satılan qəzeti “Lun” mediumlara dəstək verib. Çilidə bu gün də “Ağlayan uşaq” tablosunun onlara uğursuzluq gətirdiyini iddia edən insanların hekayələri məşhurdur.
Avropanı cənginə almış lənət
“Ağlayan uşaq”la bağlı Avropada hələ də “lənət əfsanələri” dolaşır. İngiltərədə 1980-ci illərdə yayılan iddialar indi də gündəmdədir. Bu iddiaya görə, tablonun olduğu evlərdə baş verən yanğınlar hər şeyi kül etsə də tablo özü yanmır. İngiltərədə buna görə heç bir yanğınsöndürən “Ağlayan uşaq”ı evinə buraxmır. 1985-ci ildə “The Sun” qəzeti bir kampaniya təşkil edərək, meydanda oxucularını toplayaraq tablonu yandırmışdı. İnanca görə, bu tablo hansısa evdə asılsa, orada yanğının baş verəcəyi mütləqdir.
Portretin hekayəsi
İtalyan rəssam Bruno Amadiyo tərəfindən çəkilmiş tablo haqqında ən ilginc əfsanələr 1980-ci illərdə yayılmışdı. Portretdə əks olunan Braqolin adlı azyaşlı oğlan uşağı haqda o qədər də geniş məlumat yoxdur. Şəklin mənası “Qaranlıq gələcəyini görərək ağlayan uşaq”dır. Yəni, Braqolin gələcəkdəki kədərli taleyini əvvəldən görərək ağlayır. İddiaya görə, Braqolin venesiyalı olub. Şəhər əfsanələrinə görə, 1985-ci ildə İngiltərədə yanaraq kül olmuş bir evdən ancaq bu tablo salamat çıxıb. Bu hadisədən sonra şəkil göründüyü evə uğursuzluq gətirməyə başladı. Haqqında çox məlumat olmayan bu tablonu “Cry Boy”, “The Crying Boy”, yaxud “Die Weinenden Jungen” adlandırılır. 1980-ci illərdə İngiltərə KİV-ləri aylarla bu haqda yazmışdı.

