ABŞ-dan Türkiyəni məyus edən xəbər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“The Wall Street Journal” qəzetində yayılan xəbərlər yalandır.”

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinn Ankara ilə FETÖ lideri Fətullah Gülənin təhvil verilməsini müzakirə etməyib.

Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bu barədə M.Flinin rəsmi nümayəndəsi Prays Floyd açıqlama verib.

O, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Ceyms Vulsun Nyu-Yorkda Türkiyə rəsmiləri ilə danışıqlar apardığı barədə iddialarını təkzib edib. “Belə müzakirə olmayıb”, – Floyd bildirib.

Daha əvvəl “The Wall Street Journal” qəzetində dərc edilən məqalədə qeyd olunurdu ki, MKİ-in eks-direktoru Ceyms Vuls 2016-cı il sentyabrın 19-da M.Flinnin Türkiyə rəsmiləri ilə görüşündə iştirak edib. Həmin görüşdə Fətullah Gülənin Ankaraya təhvil verilməsi məsələsi müzakirə edilib.

Həmin vaxt M.Flinn Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri idi. Lakin o, fevral ayında Rusiya ilə yaxın əlaqələrinə görə istefaya göndərilib.

Vətənim Media Shorts

YouTube-da aç ↗