VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizHörmüzdə nəhəng tanker BELƏ PARTLADI – VİDEOXocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salındı“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizHörmüzdə nəhəng tanker BELƏ PARTLADI – VİDEOXocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salındı
25.03.2017 13:01 · gunaynovruz

Qənirə Paşayeva İstanbulda Behbud Xan Cavanşirlə bağlı mərizə edib – FOTOLAR

Istanbul Türk Ocağında erməni terrorunun qurbanı olmuş Azərbaycanın Daxili İşlər Naziri Behbud Xan Cavanşirin 140 illik yubileyi ilə bağlı tədbir keçirilib.    Millət vəkili Q. Paşayeva  İstanbulda erməni terrorunun qurbanı olmuş Behbud…

Istanbul Türk Ocağında erməni terrorunun qurbanı olmuş Azərbaycanın Daxili İşlər Naziri Behbud Xan Cavanşirin 140 illik yubileyi ilə bağlı tədbir keçirilib.

   Millət vəkili Q. Paşayeva  İstanbulda erməni terrorunun qurbanı olmuş Behbud Xan Cavanşirlə bağlı geniş mərizə ilə çıxış edib.   

      Tədbirin açılışında çıxış edən İstanbul Türk Ocaklarının rəhbəri Cezmi Bayram erməni terrorunun qurbanı olmuş Azərbaycanın Daxili İşlər Naziri,  Türk dünyasının dəyərli evladarından biri olan  Behbud Xan Cavanşirin 140 illik yubileyi ilə bağlı millət vəkili, siyası elmlər doktoru  Q.Paşayevanın təşəbbüslə çıxış etdiyini və Türk Ocakları olaraq  bu tədbiri təşkil etməyi özlərinə borc bildiklərini vurğulayıb. O, bildirib ki gənc nəsillərimizin ortaq tariximizi və böyük aydınlarımızı yaxın tanıması istiqamətində tədbirlər bundan sonra da davam edəcək.

Erməni terrorunun tarixi, erməni terror təşkilatlarının tarix boyunca insanımıza qarşı törətdiyi terror aktları, gerçəkliklərin dünyaya daha da geniş çatdırmamız üçün görüşlməsi vacib işlərdən danışan araşdırmaçı-yazar, Dr. Aygün Həsənoğlu Behbud xan Cavanşirlə bərabər erməni terrorunun hədəfində olmuş digər Türk aydınları ilə də bağlı geniş məlumatlar verib.

Professor Fethi Gedikli Behbud Xan Cavanşirin erməni terror təşkilatı Daşnaksutunun üzvü Misak Torlokyan tərəfindən qətlə yetirilməsi, qatilin cəza almaması üçün ingilislərin qurduğu məhkəmənin böyük ədalətsizlikləri, cinayətkarın qaçırılması barədə danışaraq həmin məhkəmə prosesini izləmiş Ahmet Cemalleddin adlı jurnalistin yazdığı kitabı illər sonra taparaq yenidən nəşr etdiklərini deyib və gerçəkliklərin bütün dünyaya daha geniş yayılmasının vacibliyini xüsusi vurğulayıb. Tədbirdə çıxış edən millət vəkili, Doc.Dr. Q.Paşayeva bildirib ki Azərbaycanın və Türk dünyasının dəyərli dövlət adamı və aydını Behbud Xan Cavanşiri gənc nəsillərimizin yaxından tanıması önəmlidir və onun 140 illik yubileyi ərəfəsində bütün Türk dünyasında bu istqimətdə tədbirlərin artmasına böyük ehtiyac var. Behbud Xan Cavanşirin həyatı ilə bağlı geniş məruzə edən millət vəkili Q.Paşayeva erməni terror təşkilatlarının onu hədəfə alması, qətlə yetirməsi, qatilin ədalət qarşısında cavab vermədən qaçırılmasından danışaraq gənclərimiz bu tarixi yaxşı bilməlidirlər deyib: ”Behbud Xan Cavanşiri qətlə yetirənin kimlər tərəfindən müdafiə edilməsi, necə qaçırılması kimi tarixi faktlar qondarma erməni soyqırımı yalanlarının ifşası üçün  də ciddi faktlardır. Biz bu məsələni, onunla bağlı həmin dövrdə yazılmış kitabı müxtəlif xarici dillərə çevirib dünyada yaymalıyıq ki hər kəs görsün kimlər kimlərə qarşı terrorlar, soyqırımlar həyata keçirib.  Eyni zamanda bununla bağlı dünya səviyyəsinə çıxara biləcəyimiz bir filmin çəkilməsi də çox vacibdir. Biz ilk öncə böyüyən gənc nəsillərimizə, sonra da bütün dünyaya bu gerçəklikləri daha geniş yaymalıyıq, bu bizim borcumuzdur.  Behbud Xan Cavanşirin ruhu o zaman sakitlik tapacaq ki onu qətlə yetirənlər, qətlə yetirəni müdafiə edib cəza almaqdan qaçıranlar ədalət qarşısında cavab verməsələrə də tarix qarşısında cavab versinlər. Biz buna nail olmalıyıq”. Tədbirin sonunda millət vəkili Q. Paşayeva  gələn il bütün Müsəlman Şərqində qurulan ilk cumhuriyyət olan Azərbaycan Xalq Cumhuryyətinin 100 illik yubileyinin gəldiyini deyərək hər ay cumhuriyyətin qurulmasında böyük işlər görmüş bir böyük aydınla bağlı tədbirlərin keçirilməsini təklif edib.

Təklif İstanbul Türk Ocakları tərəfindən dəstəklənib.