Uşaqlarına “Allah” soyadı vermək istədilər, AMMA…. Görün başlarına nə gəldi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Amerika Birləşmiş Ştatlarının Georgia əyalətində, körpələrinə “Allah” soyadını vermək istəyən ailənin müraciəti rədd edilib.

Bundan sonra ailə hüquqlarının tapdalandığını iddia edərək məhkəməyə müraciət edib.

Bilal Valk və Yelizaveta Handi 22 ay əvvəl dünyaya gələn qız uşaqlarına Zalixa Qreysful Loreyn Allah adını vermək istəyiblər.

Dövlət Səhiyyə Təşkilatı bu məsələ ilə bağlı açıqlama verib:

“Uşağa yalnız atasının soyadını və ya hər iki valideynin soyadını qoymaq olar”.

Rəsmi nikahda olmayan cütlüyün Masterful Mosirah Ali Allah adlı bir oğulları var. ABŞ vətəndaşı olan körpənin doğum qeydiyyatı olmadığı üçün vətəndaşlıqdan çıxarıla bilər. (publika.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗