Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu prosesi yaxından izlədiklərini deyib
Türkiyənin məşhur “Halkbank” bankının direktor müavini Mehmet Hakan Atilla ABŞ-da həbs olunub. O, iranlı iş adamı Rza Zərrabla əlaqədə ittiham olunur. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, Mehmet Hakan Nyu-Yorkdakı hava limanında FTB agentləri tərəfindən saxlanılıb. ABŞ-da hakim qarşısına çıxarılan türk bankirə “ABŞ-ın İrana olan sanksiyalarının önünü kəsmə” və “bank dələduzluğu” ittihamları irəli sürülüb. Məsələyə münasibət bildirən Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu prosesi yaxından izlədiklərini deyib.
Bu xəbər ABŞ-Türkiyə münasibətlərini gərginləşdirəcək
Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
