Metroda öpüşən gənclərin görüntüləri üzə çıxdı – “Bunu ictimailəşdirmək düzgün deyil” – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Metroda öpüşən gənclərin görüntülərinin yayılması doğru deyil”.

Bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, sözügedən görüntülər yalnız istintaqa təqdim oluna bilər:

“Burada həmin şəxslərin şəxsi həyatı var. Bunu ictimailəşdirmək düzgün deyil”.

Qeyd edək ki, tanınmış jurnalist Xəqani Səfəroğlunun metroda iki gəncin öpüşməsi ilə bağlı yazdığı status bir anda gündəmə çevrilib. (metbuat.az)

 

 

Vətənim Media Shorts

YouTube-da aç ↗