80 yaşlı Rəşid kişi: “Toy gecəsindən sonra gəlin…”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyədə oğurluq hadisəsi qeydə alınıb.

“Milliyet”in xəbərin görə, 80 yaşlı kişi oğurluqla bağlı polisə müraciət edib. O bildirib ki, evləndiyi qadın başına oyun açıb.

“Həyat yoldaşım vəfat etdikdən sonra ehtiyaclarımı qarşılamaq üçün ikinci dəfə ailə qurmaq qərarına gəldim. Tanışımdan kömək istədim, o da mənə Zeynəbi məsləhət gördü. Mənə dedi ki, onun bir az borcu var. Borcları ödəyib, ona da bir-iki bilərzik almaq lazımdır. Mən də razılaşdım. Qadın evimə gəldi. Birlikdə qaldıq. Səhər bankdan çıxardığım 5 min lirəni ona verdim. Məsciddən evə qayıdanda onu tapmadım. Ümumilikdə 15 min lirə ziyana düşdüm”. (milli.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗