Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutuldu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Ufada polis əməkdaşları beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

23 yaşlı azərbaycanlı insan sağlamlığına qəsdən ağır xəsarət yetirmək maddəsi üzrə 2016-cı ilin avqust ayından İnterpol tərəfindən axtarışda olub.

Saxlanılan şəxs 2015-ci ilin sentyabr ayında cinayəti törətdikdən sonra Azərbaycanı tərk edib və Ufaya gedib. O, noyabr ayından 2016-cı ilin yanvar ayına qədər miqrasiya qeydiyyatına alınıb. Beynəlxalq axtarışa verildikdən sonra o, qeydiyyat müddətini artırmayıb və haqq-ədalətdən qaçmağa başlayıb.

Hazırda saxlanılan şəxsin Azərbaycana ekstradisiyası proseduru aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗