Ruhani İranın yeni hərbi texnikası ilə tanış olub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

İran Prezidenti Həsən Ruhani ölkənin Müdafiə Nazirliyinin son iki il ərzində istehsal etdiyi hərbi texnikanın nümayiş olunduğu sərgidə iştirak edib.

H.Ruhani “Kosar” milli təlim təyyarəsi, “Mohajer-6” taktiki pilotsuz uçuş aparatı, “Nasir” gəmi əleyhinə qanadlı raketi və “hava-hava” tipli “Fakor” raketi ilə tanış olub.

Bundan başqa, İran prezidenti “Qaher-313” qırıcısının uçuşa hazırlıq mərasimində də iştirak edib.

Vətənim Media Shorts

YouTube-da aç ↗