Tanınmış müğənni qardaşının faciəvi ölümündən danışdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Lider TV”-nin “Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb.

Tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı müğənni Qədir Qızılsəs olub. İfaçı verilişdə bir çox məqamlara toxunub. O, qardaşının faciəvi ölümündən söz açıb:

“Həyatda itkilərim çox olub. İki cavan qardaşım dünyasını dəyişib. Biri faciəvi şəkildə öldü. 33 yaşı var idi. Elə bacım da cavan yaşında rəhmətə getdi. Bir sözlə, 2 bacı, 2 qardaş itirmişəm. Elə atamın özü də cavan yaşında dünyasını dəyişdi. Bu, həyatdır, allahın yazısıdır”.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗