Ekspert: “Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlığın inkişafı çox vacibdir”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

İŞİD və digər terror qruplaşmalarının fəaliyyəti nəticəsində ABŞ-ın milli təhlükəsizliyinin və prioritetlərinin daim təhlükədə olduğu bir vaxtda Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlıq fundamental vacib aspektdir.

Bunu  ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

Onun sözlərinə görə, Donald Tramp tərəfindən təqdim edilən xarici xərclər büdcəsi əhəmiyyətli dərəcədə ixtisar olunsa da, ABŞ-ın Xəzər regionunda, xüsusuilə də Azərbaycan kimi yaxın tərəfdaşlarla münasibətləri yaxın illərdə möhkəmlənməyə davam edəcək.

Ekspert qeyd edib ki, Vaşinqtonla Bakının səmərəli əməkdaşlığı bütün regionun həyatında müsbət əks olunacaq.

Vətənim Media Shorts

YouTube-da aç ↗