Türkiyə prezidenti: “BMT Dağlıq Qarabağ münaqişəsini 22 ildir həll edə bilmir”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini 22 ildir həll edə bilmir”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) səfirlər üçün təşkil etdiyi 10-cu ənənəvi iftar süfrəsindəki çıxışında bildirib.

“BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Bu istiqamədə dəyişikliyi bir çox ölkə gözləyir. Bütün problemlərin həlli 5 dövlətin iki dodağının arasından çıxan kəlmədən asılıdır. Suriya, İraq probleminin həll edə bildilərmi? Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 22 ildir həll olunmur. Həll edə bilməzlər. Çünki biri “yox” desə, məsələ həll edilməyəcək”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗