2009-cu ildə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fəaliyyətə başlayana qədər redaksiyaların 90 faizində mühasibatlıq sənədləri olmayıb.
Bunu Fondun icraçı direktoru Vüqar Səfərli deyib.
Onun sözlərinə görə, həmin vaxt redaksiyaların çoxunda əmək müqavilələri olmayıb, əmək haqlarını paket halında alıblar: “Bu gün redaksiyaların 10 faizində əmək müqavilələri ilə bağlı vəziyyət yenə belədir, əmək müqavilələri yoxdur. Redaksiyalar bir sıra hallarda jurnalistlərin əməkhaqlarını aşağı göstərirlər. Bunun səbəbi odur ki, redaksiyalar 22 faiz sosial ödənişlərlə bağlı bu addımı atırlar. Əmək müqaviləsi bildirişi sistemi artıq tətbiq olunur, artıq əmək müqavilələri ilə bağlı məlumat avtomatik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində yerləşdirilməlidir. Bunu jurnalistlər bilməlidir”.
