Türkiyə PA: “TANAP-a alternativ yoxdur”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Hazırda Türkiyə bir neçə enerji layihəsi həyata keçirir, lakin TANAP rəsmi Ankara üçün prioritetdir.

Bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, rəsmi Ankara “Türk axını”nı da yüksək qiymətləndirir:

“Lakin TANAP-a alternativ yoxdur. TANAP gələcəkdə nəinki Azərbaycan qazının Türkiyə və Avropaya, eləcə də Yaxın Şərqdən qazın Avropaya nəql edilməsinə imkan verəcək”.

Vətənim Media Shorts

YouTube-da aç ↗