Riyad Mənsur: “Azərbaycan həm Fələstinin, həm İsrailin dostudur”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Fələstin dövlətinin BMT-də nümayəndəsi Riyad Mənsur Bakıda keçirilən Qüds məsələsi ilə bağlı beynəlxalq konfransda Məbəd dağına (Haram-əl-Şərif) daimi girişi dəstəkləyən kommünikenin qəbul edilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, dindarların yolunda maneələr tamamilə aradan qaldırılmalıdır.

“Biz belə addımların təkrar olunmayacağı ilə bağlı İsraildən zəmanət almaq istəyirik”, – o, bildirib və qeyd edib ki, status-kvo qorunmalıdır.

R.Mənsur kommünikenin konfrans iştirakçıları tərəfindən dəstəklənməsinə ümidvar olduğunu vurğulayaraq onun İsrail dövlətinə müraciətin olduğunu bildirib.

Fələstin dövlətinin BMT-dəki nümayəndəsi əlavə edib ki, Azərbaycan həm Fələstinin, həm İsrailin dostudur və yeni ideyalar verməklə iki tərəfin yaxınlaşmasına kömək edə bilər.

Vətənim Media Shorts

YouTube-da aç ↗