Bu ilin birinci yarısında Rusiyada 12 terror aktının qarşısı alınıb.
Bu barədə Rusiya Baş prokurorunun birinci müavini Aleksandr Buksman bildirib.
Onun sözlərinə görə, 13 terror aktı qeydə alınıb və onlardan 12-nin hazırlıq mərhələsində və qəsd zamanı qarşısı alınıb.
O deyib ki, bu il aprelin 3-də Sankt-Peterburq metrosundakı terror aktının qarşısını almaq mümkün olmayıb. Həmin vaxt partlayış nəticəsində 16 nəfər həlak olub.
