Suriya ordusu cəbhəni yarır: İŞİD-in sonu çatdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Suriya ordusu Deyr əz-Zor cəbhəsini yarmağa hazırlaşır.

Bir müddət əvvəl ordu qüvvələri Xüms bölgəsinin Əl-Suha şəhərini nəzarət altına alıb.

Belə ki, 15 minlik şəhər Əsədə sadiq qüvvələrin Deyr əz-Zora qərbdən daxil olmasını təmin edəcək.

3 ildir burada möhkəmlənən İŞİD Deyr əz-Zordan çıxarılarsa həmin bölgədə dayaqları xeyli zəifləyəcək.

Həmçinin şəhərin iqtisadi önəmi də böyükdür. Ordunun Dey əz-Zoru azad etməsi terrorçuları böyük gəlir qaynağından məhrum edəcək.

Vətənim Media Shorts

YouTube-da aç ↗