ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarına Vladimir Putinə minnətdarlığını bildirib.
Amerikalı lider Rusiya tərəfindən səfirliyin işçilərinin sayının azaldılmasına görə Putinə minnətdarlığını bildirib.
“Vaşinqton xərcləri azaltmağa çalışır” – deyə Tramp bildirib.
Qeyd edək ki, Rusiya tərəfi ABŞ-ın sanksiyalarına cavab olaraq ölkədə çalışan 755 amerikalı diplomatı işdən azad edib.
