Müğənni Samira Allahverdi tədbirlərin birində fotokameramız qarşısına keçib.
Sənətçi yay istirahətindən söz açıb.
O bildirib ki, qızı Məryəmlə birlikdə Antalyada dincəlib:
“6 gün istirahət edib qayıtdım. Bu yaxınlarda isə oğlumu Moskvaya göndərdim. Orada dostunun yanına dincəlməyə getdi. Övladlarımı elə-belə heç yerə buraxmaram. Uşaqlarım həyatda mənə verilən ən gözəl hədiyyədir. Mənə onlarsız həyat çətindir. Amma başqa yerdə təhsil almaq və ya yaşamaq istəyərsə, onun yaxşılığı üçün bunu qədil etməliyəm”.
