Həmsədr: “Ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri birbaşa danışıqları bərpa edəcəklər”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Həmsədrlər hər il etdikləri kimi, hazırda BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirlər.

Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. “Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tezliklə birbaşa danışıqları bərpa edəcəklər” , – o bildirib.

R.Hoqland prezidentlərin BMT Baş Assambleyası çərçivəsində görüşünün planlaşdırılması barədə məlumatı olmadığını söyləyib.

Vətənim Media Shorts

YouTube-da aç ↗