“Donuz qripi” 600-dən çox insanın həyatına son qoydu – Hindistanda

Şrift
🔊 Xəbəri dinlə — Babək

Hindistanda bu ilin əvvəlindən “donuz qripi”ndən həlak olanların sayı 600 nəfəri keçib.

Təkcə Maharaştra ştatında 284, Qucarat ştatında isə 220 nəfər bu xəstəliyin qurbanı olub.

Ümumilikdə Qucarat ştatında 2000-dən çox yoluxma halı qeydə alınıb.

Bundan başqa, Kerala ştatında 63, Racasthan ştatında isə 59 nəfər “donuz qripi”ndən həlak olub.

Vətənim Media Shorts

YouTube-da aç ↗