Xeyirxahlıq missiyasını şərəflə daşıyan xanım

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
 
Qadın cəmiyyətin ən gözəl, zərif, ən vacib üzvüdür. Qadın deyəndə ağıla ilk olaraq gələn əvəzolunmaz varlıq olan ana, qayğıkeş bacı, mehriban sima gəlir. Qadın sülh rəmzidir, mərhəmət simvoludur. Müasir dünyamızı, cəmiyyətimizi qadının gücünü, zəkasını, hiss etmədən təsəvvür etməmək mümkün deyil.
Yaxın keçmişimizə nəzər salsaq qadınlarımızın, ana-bacılarımızın dünya müharibələri ərəfəsində oğul və ərlərini müharibəyə yola salıb, onların arxasında sipər olan, mərd dayanan analarımız, qızlarımız, gəlinlərimiz bir namus qalasına cevrililə biliblər. Onlar öz mərdlikləri ilə bugünki nəslə nümunə olaraq cəmiyyət anlayışında ən ülvi təmiz hisslərin sərhəd qoruyucusuna çevriliblər. Hətta I və II Qarabağ savaşında Azərbaycanlı qadınların döyüş meydanında göstərdikləri şücaət dillər əzbəri, qəhrəmanlıq nümünəsi olub.
Əsrlər, illər ötsə də Azərbaycan qadının bu tip missiyaları bitmir. Əksinə, insan cəmiyyəti formalaşdıqca, kamilləşdikcə insan azadlığı anlayışı bərqarar olduqca qadınlar cəmiyyətin ən funksional varlığına cevrilir. Müasir dünyamızda istənilən sahəsində , peşələrində, vəzifə başında mötəbər tribunalarda onları görmək qürur vericidir. Haqq səsimizi, həqiqətin carcısı məhz qadınlardır.
Azərbaycan o ölkələrdəndir ki, qadınlarına daima dəyər vermiş, onları yüksək qiymətləndirmişdir. Şərqdə lk müstəqillik elan edən müsəlman ölkəsi olmaqla yanaşı, qadınlarına da ilk dəfə səs vermək, seçmək hüququ verdi. Onların səsini ölkənin tale yüklü məsələlərində ən dəyərli mövqe kimi qiymətləndirdi.
Azərbaycanda qadınların 48 faizi cəmiyyətdə aktiv həyatdadır, onların müxtəlif peşələrdə, işlərdə kişilərlə birgə çiyin –çiyinə çalışırlar. Bu isə o deməkdir ki, Azərbaycan qadınlarına verdiyi sərbəstlik, azadlığa görə Avropanın bir çox ölkələri ilə müqaisə oluna bilər. Azərbaycanın xoşbəxtliyi ondadır ki, Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyeva da məhz o cəmiyyətdə nüfüz sahibir.
Mehriban xanım Əliyeva Arif qızı 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. Onun yaşadığı mühit, formalşdığı ailə məhz onunda bu cür təhsilli, ziyalı, Azərbaycanın həyatında mühüm şəxsiyyətə cevrilməsinə səbəb oldu. O bütün geniş imkanlarına, çox şaxəli biliyə malik olmasına baxmayaraq, onda azərbaycan qadınına məxsus incəlik, mərdlik, mehribanlıq, qayğıkeşlik özünü daha da aydın göstərir. Onun üçün yaranan şəraitdən xalqının rifahı naminə çalışmış, onların problemlərinə, dərdlərinə bir ana qayğısıyla yanaşmışdır. Çünki xalq onun bütün müsbət keyfiyyətlərini görür, qiymətləndirir, sevir və inanır.
O daima ictimai fəaliyyiti ilə seçilmiş, müxtəlif xeyriyyə işləri, təhsilin inkişafı, azərbaycan mədəniyyətinin formalaşması və dünyaya tanıdılmasında, kimsəsiz qocalar və uşaqların qayğı və problemlərinin həllində, qaçqın və məcburi köçkünlərin bir çox problemlərinin həllində, çox uşaqlı və aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılmasında saysız hesabsız işlər görmüşdür.
O problemli insanların kimsəsizlərin, dünyanın hansı ucunda olursa olsun Azərbaycanlıların pənah yerinə çevrilib. O, öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. İsrailin “Breaking İsrael News” qəzetində onu xanımlara misal olaraq göstərilsə də, cəmiyyətin problemlərinin həllində yalnız prezident anlayışını silə bilən uğurlu addımları ilə hətta bir çox insanlar, iş adamlarına nümunə ola bilər.
Onun bu xeyirxahlıq missiyası ölkələri, sərhədləri aşır. Harda qaynar nöqtələr, problemlər, müharibədən əziyyət çəkən uşaqlar varsa, Mehriban xanım ordadır, onları ağır günündə onlara dəstək ola bilir. Onun bu səmərəli fəaliyyəti hətta dünya ictimaiyyətinin də diqqətindən qaçmamış, əksinə onu bir xanım, kimi yüksək dəyərləndirmiş bir çox beynəlxalq səviyyəli tribunalar yol açmasına şərait yaratmış və yüksək qiymətləndirmişdilər. Bu mükafatların sayı sonsuzdur. UNESKO (13 avqust 2004-cü il) və İSESKONUN (23 noyabr 2006-cı il) xoşməramlı səfiri, Azərbaycanda “İlin qadını” (2005-ci il), “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni (9 iyun 2005-ci il) və sairə . Bu siyahını uzatmaq da olar. Onu bütün yüksək adlara layiq edən isə onun mehriban xasiyyəti, qayğıkeş analığı, xalqını, millətini düşünən xanım olmasıdır.
O cəmiyyətin özülünü uşaqlarda görür. Bu səbəbdən də uşaqlara qarşı xüsusi diqqət və qayğıyla yanaşır. Kimsəsiz uşaqları himayəsində saxlayan tez-tez onlara baş çəkərək problemlərinin həlli yolunu tapmaq və onların cəmiyyətə inteqrasiya olunmasında əlindən gələni əsirgəmir. Çox maraqlı haldır ki, onun bu xarakteri bir dəyər kimi qızları Leyla və Arzu xanıma da ötürülmüşdür. Onlarda körpələrə qarşı ana məhəbbəti ilə yanaşır.
Millətin inkişafını təhsildə görən Mehriban xanım bir necə məktəb açmış bir çox məktəbləri isə yenidən əsaslı təmir etdirmişdir. Hər bir Azərbaycan gəncinin oxumaq hüququnu yüksək dəyərləndirərək o bu məktəbləri tək paytaxt Bakıda deyil, eyni zamanda regionların maariflənməsi məqsədilə ən ucqar kəndlərdə belə tikdirmişdir. Bununlada ölkədə savadsızlığın qarşısını almaq, gənc nəslin daha da müasir tələblərə cavab verən hərtərəfli biliyə sahib olmasına çalışmışdır.
Mədəniyyət hər bir xalqın individual simasıdır və onu digər xalqlardan ayıran və bir –birinə maraq doğurdan tərəflərdəndir. Mehriban xanım bu həqiqəti yaxşı bilir və milli adət və ənənələrimizin qorunmasında və dünyaya tanıdılmasında misilsiz xidmətlər göstərmişdir. Azərbaycan Mədəniyyət fondunu yaradaraq mədəniyyətimizin unudulmaqda olan növlərinin inkişafına və təbliğinə şərait yaratmışdır. Fondun rəsmi mətbu orqanı olan İrs jurnalında isə fəaliyyəti ilə geniş tanış olmaq və mədəniyyətimizin incəliklərini öyrənmək mümkündür.
Onun fəalyyətini tək ölkə daxililndəki lokal işçlərlə məhdudlaşdırmaq olmaz. Mehriban xanım Əliyeva mötəbər tribunalardan Azərbaycanın mövqeyini daima mühafizə etmiş, öz gözəl, səlist, natiqlik qabiliyyəti ilə həqiqəti sübut etmişdir. Rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyəti ilə bir çox layilər reallşadırmışdır. Onun səbrlə, qətiyyətlə, inamla atdığı addımlar Heydər Əliyev irsinin davamı qiymətləndirmək olar
Onun işindəki məshuiliyyəti, xalqının qeydinə qalmağı özünün gündəlik həyat tərzinə çevirməsi dövlətçiliyi tarixində ilk dəfə olaraq “birinci xanım” statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmişdir. Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir.
Onu çox təhlil edib, bir çox titullar vermək olar. Təbii, bu iş məshuliyyətlidir. Onun əməyini bəlkə onlarla mötəbər təşkilatların dövlətlərin mükafatları ilə qiymətləndiriblər . Amma ən əsası gözəl xanım, xalqını sevən millət vəkili, vitse prezident, mükəmməl anadır Mehriban xanım.
Politoloq Yevgeni Kriştalyov Mehriban Əliyevanı bu cür xarakterizə edir: “O, mahiyyət etibarilə lider qadındır, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan qadındır. O, birinci xanım vəzifəsinin yükünü “elə-belə” sadəcə daşımır, ölkə parlamentinin deputatı, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdə bilavasitə iştirak edir. O, həmin vəzifələri sadəcə zərurət xatirinə, Azərbaycan Prezidentinin xanımı olduğuna görə deyil, səmimi qəlbdən, düşünülmüş şəkildə yerinə yetirir. Mehriban xanımın insani keyfiyyətləri ona bu dünyanın güclü simalarının çoxu ilə dil tapmaqda kömək edir”.
 
 
Sona Həmidova
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
 

Vətənim Media Shorts

YouTube-da aç ↗