Nazirlik: Silah anbarında partlayış nəticəsində altı nəfər yaralanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, onların hamısında qəlpə yaraları olub.

Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.

Siyəzən Diaqnostika Mərkəzindən APA-ya bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗