Rəsmi Tehran heç kimə hərbi obyektlərində yoxlama aparmağa icazə verməyəcək.
Bu barədə İran hökumətinin nümayəndəsi Məhəmməd Bakər Noubaxt bildirib.
“Hərbi obyektlər gizlidir və heç kim onlara daxil ola bilməz”, – o deyib.
Qeyd edək ki, daha əvvəl ABŞ rəsmi Tehranın atom enerjisinə dair sazişə riayət edib-etməməsini müəyyənləşdirmək məqsədilə İranın hərbi obyektlərində yoxlamalar aparmağı tələb edib.
