Ərdoğan: “Bu son hadisələr daha da acınacaqlıdır”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Dünya Myanmadakı qətliam qarşısında kar və kordur. Nə eşitmir, nə də görmür.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət telekanalına özəl müsahibəsi zamanı deyib.

Myanmada ordunun və buddistlərin müsəlmanlara qarşı törətdiyi qətliam barəsində danışan Ərdoğan, məsələni BMT-də gündəmə gətirəcəklərini bildirib.

“Bu son hadisələr daha da acınacaqlıdır. Eşitdiyimiz rəqəmlər təəssüf ki, 3 minə yaxın insanın öldürülməsi ilə bağlıdır. Əlbəttə, bu məsələni ağır, şiddətli bir şəkildə pisləyirik. Bu mövzunu bütün beynəlxalq təşkilatların, BMT-nin qarşısında qaldıracağıq” – deyə prezident qeyd edib.

Vətənim Media Shorts

YouTube-da aç ↗