Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti – “Buta Airways” Kiyev-Bakı istiqamətində ilk reysini yerinə yetirib.
Təyyarə Azərbaycan paytaxtına Julyani beynəlxalq hava limanından yola düşüb.
Hələlik bu istiqamətdə uçuşlar həftədə 2 dəfə – çərşənbə axşamı və çərşənbə günləri yerinə yetiriləcək. Yaxın gələcəkdə Kiyev-Bakı avaireysi həftənin şənbə günləri, tədricən isə hər gün həyata keçiriləcək. Biletin qiyməti bir istiqamət üzrə 800 qrivna (təxminən 53 manat) təşkil edir. Uçuşlar “Embraer 190” təyyarəsi ilə həyata keçirilir.
