XİN rəhbərlərinin görüşünün yekununda 2 sənəd imzalanacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən üçtərəfli görüşünün yekununda nazirlər Bakı deklarasiyasını və 2017-2019-cu illər üzrə fəaliyyət planını imzalayacaq.

Bunu jurnalistlərə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilir. Görüşün gündəliyinə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi və digər məsələlər daxildir.

Vətənim Media Shorts

YouTube-da aç ↗