Kristin Muttonen: “Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Mən Azərbaycana gəlməkdən çox şadam.

Bunu ATƏT-in Parlament Assambleyasının (PA) sədri xanım Kristin Muttonen deyib.

O bildirib: “ATƏT PA-nın sədri kimi Azərbaycana ilk səfərimdir. Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur, eyni zamanda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə yaxşı əlaqələrimiz var”.

Qeyd edək ki, ATƏT PA sədri xanım K.Muttonen sentyabrın 7-də Azərbaycana səfərə gəlib. K.Muttonenin səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulur. ATƏT PA sədrinin Azərbaycana səfəri sentyabrın 10-a qədər davam edəcək.

Vətənim Media Shorts

YouTube-da aç ↗