Son günlər Bakı-Sumqayıt istiqamətində hərəkət edən sürət elektrik qatarları mənzil başına yarım saata yaxın gecikmə ilə çatır.
Sərnişinlər bu haqda onlara məlumat verilməməsi və qatarların həddindən artıq yavaş hərəkət etməsindən şikayətlənirlər.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova azvision.az-a bildirib ki, Bakı-Sumqayıt elektrik qatarlarının gecikməsi Biləcəri – Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə əlaqədardır.
“Otuz beş gün müddətində “Texniki fasilə”nin verilməsi ilə əlaqədar 22.08.2017-ci ildən 26.09.2017-ci ilədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilib. Qatarlar yolda olan vaxt 14 dəqiqə artırılıb. Bundan başqa gecikmələr isə qeydə alınmayıb.
